"Xalq Bank" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bank yanvar-iyun aylarında 13,5 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 49,3% azdır.
Bu il iyulun əvvəlinə "Xalq Bank"ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 17,7% az – 2 832,3 milyon manat, o cümlədən kredit portfeli 3,7% az – 1 730,3 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 2 308,7 milyon manat (20,6% az), o cümlədən depozit portfeli 1 700,8 milyon manat (7,3% az), balans kapitalı isə 523,8 milyon manat (1,9% az), o cümlədən nizamnamə kapitalı 446,6 milyon manat (7,5% çox) olub.