SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Vergi ödəyicilərinə xidmət mərkəzlərində iş azalıb

Vergi ödəyicilərinə xidmət mərkəzlərində iş azalıb

  • 13 oktyabr 2025, 11:33

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 429 580 şəxs qəbul edilib, onlara 682 504 sayda xidmət göstərilib.

Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,5% və 6,4% azdır.

9 ay vergi ödəyicilərindən daxil olmuş 25,4 min yazılı müraciət cavablandırılıb, onlara 19,1 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

Bunlar isə 1 il əvvələ nisbətən 5,15% az və 76,85% çoxdur.

Prime Leasing