SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Vahid Ələkbərovun bankının xalis mənfəəti 28%-ə yaxın azalıb

Vahid Ələkbərovun bankının xalis mənfəəti 28%-ə yaxın azalıb

  • 16 yanvar 2026, 20:12

Rusiyadan olan milyarder Vahid Ələkbərova məxsus “Yelo Bank" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Bank ötən il 31,3 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 27,8% azdır.

Bu ilin əvvəlinə "Yelo Bank"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 18,4% çox – 1 515,3 milyon manat, o cümlədən xalis kredit portfeli 16,1% çox – 1 063,4 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 1 338,8 milyon manat (17,9% çox), o cümlədən depozit portfeli 1 094,3 milyon manat (17,8% çox), balans kapitalı isə 176,5 milyon manat (22,6% çox), o cümlədən nizamnamə kapitalı 378 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları