Rusiyalı milyarder Vahid Ələkbərova məxsus “Yelo Bank” ASC yanvarın 13-də, saat 11:00-da səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
Yurd.Media xəbər verir ki, Bank bununla bağlı Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində elan verib.
Elanda deyilir ki, yığıncaq “Yelo Bank”ın baş ofisində - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında olacaq.
Səhmdarlar cari və təşkilati məsələləri, Bankın nizamnaməsinin yeni redaksiyada təsdiq olunmasını müzakirə edəcəklər.