“Unibank” ASC dekabrın 23-də, saat 15:00-da səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
Yurd.Media xəbər verir ki, bank bununla bağlı Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində elan verib.
Elanda deyilir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində - "Zoom" proqram təminatı vasitəsilə məsafədən olacaq.
Səhmdarlar təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələləri müzakirə edəcək. Bu, 2025-ci ildə səhm sahiblərinin 4-cü toplantısı olacaq.