SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
“Unibank”ın sahibinin oğlu qalmaqallı kollektor biznesinə qayıtdı

“Unibank”ın sahibinin oğlu qalmaqallı kollektor biznesinə qayıtdı

  • 02 sentyabr 2025, 10:21

“Unibank” ASC-nin səhmlərinin 94%-dən çoxuna nəzarət edən Eldar Qəribovun oğlu İlkin Qəribli kollektor biznesinə qayıdıb.

Yurd.Media xəbər verir ki, o, vaxtilə 50%-lik səhmdarı olduğu kollektor agentliyi – “BOA Agency” ASC-dən yenidən 40% pay əldə edib.

Şirkətin yarımillik idarəetmə hesabatında bildirilir ki, səhmlərin qalan 60 %-i isə iki qardaşa – Rüstəm (40%) və Ramin (20%) Hacıyevlərə məxsusdur. Onlar ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğullarıdır.

Xatırladaq ki, ötən ilin sonuna qədər “BOA Agency”nin səhmlərinin 50%-nə Rüstəm Hacıyev, qalan 50%-nə isə Yadulla Yusifov nəzarət edirdi. Yadulla Yusifov bu ilin I yarısında payını satıb.

Qeyd edək ki, mediada dəfələrlə "BOA Kollektor” agentliyinin "Unibank”la əməkdaşlıq etməsi və problemli borcların qaytarılması üçün müştərilərlə qeyri -qanuni əlaqə yaradaraq onları görüşə çağıraraq hərbə zorba gəlməsi barədə məlumatlar yayılmışdı. Hətta, bu barədə bir neçə vətəndaşın şikayəti də ictimailəşdirilmişdi.

Prime Leasing