Azərbaycan Mərkəzi Bankı (AMB) "Total Finans" və "Stimul" kredit ittifaqlarına icrası məcburi göstəriş verib.
Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.
Məlumata görə, kredit ittifaqları 2025-ci ilin III rübünə aid maliyyə hesabatlarını təqdim etmədiyindən, "Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları"nın 10.3-cü bəndinin tələbi təmin edilməyib, bu səbəblə "Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutaraq, kredit itifaqlarına hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi olan göstəriş verilib.