"Azər-Türk Bank" ASC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank 9 ayda 9,4 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49% və yaxud təxminən 2 dəfə azdır.
Bu il oktyabrın əvvəlinə "Azər-Türk Bank"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 19,4% çox - 1 849,2 milyon manat, o cümlədən kredit portfeli 9,6% çox - 770,45 milyon manat təşkil edib. Bankın öhdəlikləri 1 732,8 milyon manat (19,9% çox), o cümlədən depozit portfeli 1 187,9 milyon manat (28% çox), balans kapitalı isə 116,4 milyon manat (12,2% çox), o cümlədən nizamnamə kapitalı 79 milyon manat (58% çox) olub.
Bununla belə, “Azər-Türk Bank”ın maliyyə göstəriciləri illik müqayisədə müsbət dinamika göstərsə də, rüblük müqayisədə pisləşib. Belə ki, bu ilin III rübündə Bankın aktivləri 3,6%, o cümlədən kredit portfeli 2,7%, öhdəlikləri isə 4% azalıb.
“Azər-Türk Bank”ın əsas səhmdarı 51% payla Dövlət Neft Şirkətidir (SOCAR). Şirkət Bankdan payı ötən rüb alıb.