Bank Olmayan Kredit Təşkilatı (BOKT) "Azəri-Star Mikromaliyyə" MMC nizamnamə kapitalını artırdı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 8,3% və ya 119 min manat artıraraq 1,54 milyon manata çatdırıb.
Xatırladaq ki, şirkət bu ilin mart ayında rəhbər vəzifəsinə Elnur Allahverdiyevin əvəzinə Kənan Salayevi təyin edib.
Qeyd edək ki, “Azəri-Star Mikromaliyyə” 2003-cü ildə yaradılıb, Bərdə rayonunda fəaliyyət göstərir.