SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Rebrendinq edən BOKT ötən ilin maliyyə hesabatını verib

Rebrendinq edən BOKT ötən ilin maliyyə hesabatını verib

  • 05 may 2026, 14:11

"Alfa Kapital" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,4 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 89,6% çoxdur.

Bu ilin əvvəlinə "Alfa Kapital"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 32,8% çox - 4 milyon manat, o cümlədən kredit portfeli 42,7% çox - 3,2 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri 2,2 milyon manat (35,2% çox), balans kapitalı isə 1,8 milyon manat (29,9% çox), o cümlədən nizamnamə kapitalı 1 milyon manat (2% çox) olub.

Qeyd edək ki, "Effektinvest" BOKT bu ilin aprel ayında rebrendinq edərək "Alfa Kapital" kimi fəaliyyətini davam etdirir. MMC olub.

Şirkət 2013-cü ildə yaradılıb.

BOKT-un təsisçiləri 59,9% payla Zülfüqar Niftiyev, 38,3% payla İradə Hacıyeva və 1,8% payla Elçin Niftiyevdir. Rəhbəri isə Murad Cavadovdur.

Şirkətin nizamnamə kapitalı 1 milyon manatdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları