"Nas Project" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,5 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 10,9 % azdır.
Bu ilin əvvəlinə "Nas Project"in aktivləri ötən ilin əvvəlinə nisbətən 61,3% çox - 8,3 milyon manat, o cümlədən kredit portfeli 45,5% çox - 7,4 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 6,5 milyon manat (97,5% çox), balans kapitalı isə 1,8 milyon manat (2,8% az), o cümlədən nizamnamə kapitalı 1,3 milyon manat (dəyişməyib) olub.
Xatırladaq ki, “Nas Project” 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,3 milyon manatdır. BOKT-un sahibi Quliyev Məhəmməd Nizami oğludur.