"Rabitəbank" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank ötən il 11,3 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 23,7% azdır.
Bu ilin əvvəlinə "Rabitəbank”ın aktivləri ötən ilin əvvəlinə nisbətən 21,5% çox – 1 402,3 milyon manat, o cümlədən xalis kredit portfeli 11,7% çox – 920,8 milyon manat təşkil edib. Bankın öhdəlikləri 1 270,8 milyon manat (23,2% çox), o cümlədən depozit portfeli 878,3 milyon manat (29,7% çox), balans kapitalı isə 131,5 milyon manat (7% çox), o cümlədən nizamnamə kapitalı 101,3 milyon manat (dəyişməyib) olub.