SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Rabitəbank”ın mənfəəti 31% azalıb

“Rabitəbank”ın mənfəəti 31% azalıb

  • 14 oktyabr 2025, 15:42

“Rabitəbank” 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, bank 9 ayda 13,25 milyon manat mənfəət əldə edib. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,9% azdır. 

Bu il oktyabrın əvvəlinə “Rabitəbank”ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 15,8% çox – 1 307,3 milyon manat, o cümlədən kredit portfeli 16,6% çox – 922,1 milyon manat təşkil edib. Bankın öhdəlikləri 1 174,9 milyon manat (17,3% çox), o cümlədən depozit portfeli 792,9 milyon manat (15% çox), balans kapitalı isə 132,4 milyon manat (4,2% çox), o cümlədən nizamnamə kapitalı 101,3 milyon manat (dəyişməyib) olub. 

Prime Leasing