"CFI Financial İnvestisiya Şirkəti" QSC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, maliyyə qurumu ötən il 4,25 milyon manat xalis zərər edib. Bu, əvvəlki illə müqayisədə 4,4 dəfə çoxdur.
Bu ilin əvvəlinə "CFI Financial”in aktivləri ötən ilin əvvəlinə nisbətən 42% az - 5 milyon manat təşkil edib.
İnvestisiya şirkətinin öhdəlikləri 3,5 milyon manat (19,9% çox), balans kapitalı isə 1,5 milyon manat (3,8 dəfə az), o cümlədən nizamnamə kapitalı 4,55 milyon manat (dəyişməyib) olub.
Xatırladaq ki, "AzFinance Investment Şirkəti" 2024-cü ilin avqust ayında dünyanın aparıcı onlayn ticarət brokeri "CFI Financial Group"a satıldıqdan sonra rebrendinqini elan edib və "CFI Financial İnvestisiya Şirkəti"nə çevrilib. Onun nizamnamə kapitalı 4,55 milyon manatdır. Onun əsas səhmdarı - "CFI Financial Group"dur.