"Azsığorta" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-mart aylarında 0,3 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 28,8% azdır.
Bu il aprelin əvvəlinə "Azsığorta"nın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 0,4% az – 30,5 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 10,6 milyon manat (6,8% az), balans kapitalı isə 19,9 milyon manat (3,3% çox), o cümlədən nizamanmə kapitalı 14 milyon manat (dəyişməyib) olub.