SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Nova Credit BOKT ötən ilin maliyyə hesabatını verib

"Nova Credit" BOKT ötən ilin maliyyə hesabatını verib

  • 25 may 2026, 13:43

"Nova Credit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 23 milyon manat xalis mənfəət əldə edib (əvvəlki ili 0,1 milyon manat zərərlə başa vurmuşdu).

Bu ilin əvvəlinə "Nova Credit"in aktivləri ötən ilin əvvəlinə nisbətən təxminən 127 dəfə çox - 137,5 milyon manat, o cümlədən kredit portfeli təxminən 858 dəfə çox – 135,6 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri 105,6 milyon manat (təxminən 625 dəfə çox), balans kapitalı isə 31,9 milyon manat (təxminən 35 dəfə çox), o cümlədən nizamnamə kapitalı 9 milyon manat (9 dəfə çox) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları