SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
PAŞA Bank dividend ödəmələri üzrə planlaşdırılan məbləği 17 faiz azaldıb

"PAŞA Bank" dividend ödəmələri üzrə planlaşdırılan məbləği 17 faiz azaldıb

"PAŞA Bank" bu ilin əvvəlindən bəri dividend ödəmələri üzrə planlaşdırılan məbləği 17 faiz azaldıb.

Yurd.Media xəbər verir ki, "PAŞA Bank" ASC-nin İdarə Heyətinin İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov bugün keçirilən mətbuat konfransında bildirib ki, “PAŞA Bank” 2025-ci ili 190 milyon 271 min manat xalis mənfəət ilə başa vururb:

"İyun ayının 2-ci yarısında Səhmdarların ümumi yığıncağı keçiriləcək. 2025-ci ilin nəticələri üzrə 107 milyon manat dividend elan ediləcəyi barədə qərar qəbul olunacağını gözləyirik",- o qeyd edib.

Baş Maliyyə İnzibatçısı vurğulayıb ki, "PAŞA Bank" xalis mənfəətinin 35-40 faizini səhmdarlarına dividend olaraq ödəyə biləcəyini elan etsə də, adətən xalis mənfəətinin 60%-dək məbləği dvidend olaraq bölüşdürür.

Xatırladaq ki, M. Süleymanov bu ilin fevral ayında bildirmişdi ki, Bank bu il səhmdarlarına 129 milyon manat dividend ödəməyi planlaşdırır.

Nəticədə, 3 ay keçəndən sonra səsləndirilən rəqəm əvvəl bəyan olunandan 22 milyon manat azdır.

"PAŞA Bank" Baş Maliyyə İnzibatçısı Murad Süleymanov

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları