"Xalq Həyat Sığorta" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-mart aylarında 1 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 64,6% çoxdur.
Bu il aprelin əvvəlinə "Xalq Həyat Sığorta"nın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 7,3% çox – 30,5 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 12,7 milyon manat (13,75% çox), balans kapitalı isə 17,8 milyon manat (3,1% çox), o cümlədən nizamanmə kapitalı 15 milyon manat (dəyişməyib) olub.