SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Cavid Quliyev: Paşa Bank biznes kreditləri üzrə Azərbaycanın ən böyük özəl korporativ maliyyə institutudur

Cavid Quliyev: "Paşa Bank" biznes kreditləri üzrə Azərbaycanın ən böyük özəl korporativ maliyyə institutudur

"Paşa Bank"ın 2025-ci ildə 19,3% bazar payı ilə biznes kreditləri üzrə Azərbaycanın ən böyük özəl korporativ maliyyə institutu olub.

Yurd.Media xəbər verir ki, bunu "Paşa Bank"ın 2025-ci ilin illik maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında  Bankın İdarə Heyətinin sədri, baş icraçı direktoru Cavid Quliyev bildirib.

Qeyd edək ki, konfrasda Bankın maliyyə sektorunda qeyd edilən dövr üzrə əldə etdiyi nailiyyətlər və qarşıya qoyulan hədəflər, müştəri mərkəzli yanaşma, strateji inkişaf prioritetləri, Korporativ Sosial Məsuliyyət yanaşması üzrə əldə edilən uğurlar və istedadların idarə olunması istiqamətlərində həyata keçirilən fəaliyyət barədə məlumat verildi.

O da qeyd edilib ki, bankın cəmi aktivləri 14% arataraq 9,84 mlrd AZN-ə, kredit portfeli 5% artaraq 3,88 mlrd AZN-ə, depozit portfeli 15% artaraq 7,90 mlrd AZN-ə çatıb. Kapital isə 7% artaraq 964 mln AZN təşkil edir. Həmçinin, faiz gəlirləri 13%, qeyri-faiz gəlirləri isə 9% faiz artıb.

Rəsmi nümayəndələrin verdiyi məlumata görə, bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd səhm hər birinin qiyməti 55 AZN olmaqla Bakı Birkası vasitəsilə yerləşdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları