SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Azər-Türk Bank” 9 ayda 15 milyon manatdan çox xalis mənfəət əldə edib

“Azər-Türk Bank” 9 ayda 15 milyon manatdan çox xalis mənfəət əldə edib

  • 15 oktyabr 2026, 19:47

“Azər-Türk Bank” ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, bank 9 ayda 15,2 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,8% çoxdur.

Bu il oktyabrın əvvəlinə “Azər-Türk Bank”ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 18,1% çox – 2 184 milyon manat, o cümlədən kredit portfeli 20,5% çox – 928,4 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 2 048,9 milyon manat (18,2% çox), o cümlədən depozit portfeli 1 668,25 milyon manat (40,4% çox), balans kapitalı isə 135,1 milyon manat (16% çox), o cümlədən nizamnamə kapirtalı 100,5 milyon manat (27,2% çox) olub.

Skat.az - Ev və Avtomobil elanları