“Bank Respublika” ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bank 9 ayda 50,3 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% çoxdur.
Bu il oktyabrın əvvəlinə “Bank Respublika”nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 2,2% az – 2 658,6 milyon manat, o cümlədən kredit portfeli 11,4% çox – 1 744,5 milyon manat təşkil edib. Bankın öhdəlikləri 2 372,8 milyon manat (4,6% az), o cümlədən depozit portfeli 1 096,6 milyon manat (27,6% az), balans kapitalı isə 285,8 milyon manat (23,8% çox), o cümlədən nizamnamə kapitalı 240,3 milyon manat (3,25 dəfə çox) olub.