2027-ci ildə Dövlət Neft Şirkəti (SOCAR) dövlət büdcəsinə 1 840 milyon manat vergi ödəməli olacaq.
Yurd.Media xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Sənədə əsasən, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,2% çoxdur.
Bundan əlavə, gələn il "Azəri-Çıraq-Günəşli" və “Şahdəniz” layihələri çərçivəsində Hasilatın Pay Bölgüsü Sazişlərindən mənfəət vergisinin müvafiq olaraq 320 milyon manat və 1 420 milyon manat olacağı nəzərdə tutulur.
Bunlar isə 2026-cı ilin təsdiq edilmiş proqnozuna nisbətən müvafiq olaraq 6,7% çox və 11,25% azdır.