Bu ilin I yarısında Azərbaycan banklarının yüksək keyfiyyətli likvid aktivləri 13 % artaraq 17 milyard manat (10 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Beləliklə, iyunun sonuna sektorun aktivlərinin təxminən 28%-i yüksək keyfiyyətli likvid aktivlər olub.
Son nəticədə bankların likvidlik göstəriciləri də yüksəlib. Bunun da əsas drayveri overnayt depozitlər və AMB-də repo çərçivəsində yerləşdirilmiş depozitlər olub.