Bu il iyulun 1-nə Azərbaycanda 52 bank olmayan kredit təşkilatı (BOKT) olub ki, bunun da 14-nü xarici kapitallılar təşkil edib.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, ötən il iyulun 1-i ilə müqayisədə BOKT-ların sayı 4 vahid, o cümlədən xarici kapitallıların sayı 1 vahid azalıb.
Son 1 ildə xarici kapitalın payı 50%-dən yüksək olan BOKT-ların sayı isə 12-dən 11-ə düşüb.