SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
“PAŞA Bank” 9 ayda 134 milyon manata yaxın xalis mənfəət əldə edib

“PAŞA Bank” 9 ayda 134 milyon manata yaxın xalis mənfəət əldə edib

  • 15 oktyabr 2026, 10:09

"PAŞA Bank" ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Bank 9 ayda 133,8 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% çoxdur.

Bu il oktyabrın əvvəlinə "PAŞA Bank"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 11,8% çox - 9 987,1 milyon manat, o cümlədən xalis kredit portfeli 19,2% çox - 3 883,8 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 9 002,4 milyon manat (13,4% çox), o cümlədən depozit portfeli 7 487 milyon manat (10,7% çox), balans kapitalı isə 984,7 milyon manat (1,1% az), o cümlədən nizamnamə kapitalı 404,9 milyon manat (14,2% çox) olub.

Skat.az - Ev və Avtomobil elanları