"Bank VTB Azərbaycan" ASC bu ilin yanvar-sentybr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank 9 ayda 7,7 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,8% azdır.
Bu il oktyabrın əvvəlinə "Bank VTB Azərbaycan"ın aktivləri ötən il oktyabrın əvvəlin nisbətən 23,3% çox - 367,8 milyon manat, o cümlədən xalis kredit portfeli 29,3% çox - 270,9 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 249,5 milyon manat (33,5% çox), o cümlədən depozit portfeli 153,4 milyon manat (48,9% çox), balans kapitalı isə 118,3 milyon manat (6,1% çox), o cümlədən nizamnamə kapitalı 315,8 milyon manat (dəyişməyib) olub.