“Express Bank” ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bank 9 ayda 9,95 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,1% çoxdur.
Bu il oktyabrın əvvəlinə “Express Bank”ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 12,4% çox – 725,45 milyon manat, o cümlədən kredit portfeli 12,1% çox – 580,7 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 594,55 milyon manat (16,7% çox), o cümlədən depozit portfeli 372,2 milyon manat (25,5% çox), balans kapitalı isə 130,9 milyon manat (3,7% az), o cümlədən nizamnamə kapitalı 112,45 milyon manat (dəyişməyib) olub.