"Access Bank" QSC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbə verir ki, Bank 9 ayda 45,25 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur.
Bu il oktyabrın əvvəlinə "Access Bank"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 16,3% çox - 1 883,7 milyon manat, o cümlədən xalis kredit portfeli 9,7% çox - 1 360,2 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 1 645 milyon manat (17,4% çox), o cümlədən depozit portfeli 1 092 milyon manat (4,5% çox), balans kapitalı isə 238,7 milyon manat (9,4% çox), o cümlədən nizamnamə kapitalı 121,75 milyon manat (dəyişməyib) olub.