SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Premium Bank” 9 ayda 13 milyon manat mənfəət əldə edib

“Premium Bank” 9 ayda 13 milyon manat mənfəət əldə edib

  • 15 oktyabr 2026, 16:31

"Premium Bank" ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Bank 9 ayda 13 milyon manat mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,8% çoxdur.

Bu il oktyabrın əvvəlinə "Premium Bank"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 2,9% çox - 678,9 milyon manat, o cümlədən kredit portfeli 4% çox - 487,6 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 480,8 milyon manat (3,9% çox), o cümlədən depozit portfeli 402,3 milyon manat (6,4% çox), balans kapitalı isə 198,1 milyon manat (0,7% çox), o cümlədən nizamnamə kapitalı 174,6 milyon manat (dəyişməyib) olub.

Skat.az - Ev və Avtomobil elanları