"İnvest-AZ İnvestisiya Şirkəti" QSC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, maliyyə qurumu ötən il 1,6 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 30,3 % azdır.
Bu ilin əvvəlinə "İnvest-AZ"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 5,6% çox - 46,1 milyon manat təşkil edib.
İnvestisiya şirkətinin öhdəlikləri 37,5 milyon manat (6,2 % çox), balans kapitalı isə 8,6 milyon manat (2,9% çox), o cümlədən nizamnamə kapitalı 3 milyon manat (dəyişməyib) olub.
Xatırladaq ki, "İnvest-AZ" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarları Elşən Quliyev və Ceyhun Abdullayevdir.