"Premium Bank" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank ötən il 11,4 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 17,3% çoxdur.
Bu ilin əvvəlinə "Premium Bank"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 5,7% çox - 677,7 milyon manat, o cümlədən xalis kredit portfeli 2,6% çox - 470 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 480,3 milyon manat (3,7% çox), o cümlədən depozit portfeli 394,2 milyon manat (4,3% çox), balans kapitalı isə 197,4 milyon manat (11% çox), o cümlədən nizamnamə kapitalı 174,6 milyon manat (12,9% çox) olub.