Bu il aprelin 1-nə “Premium Bank” ASC-nin 2,3 milyon manat problemli kreditləri olub.
Bu barədə Yurd.Media-ya Bankdan bildirilib.
Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 64,7% çoxdur.
Qeyd edək ki, “Premium Bank” ASC 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə “Silk Vey Bank” kimi fəaliyyət göstərib, 2018-ci ildə isə rebrendinq edərək hazırkı adını alıb.
Bankın nizamnamə kapitalı 174,6 milyon manat təşkil edir. Qanuni təmsilçi Baxşəliyev Fərhad Adil oğludur.
Səhmdar strukturuna əsasən, bankın 84,46%-i “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov, 15,22%-i “VIP Aviation Services” MMC, 0,32%-i isə Elvira Əhmədovaya məxsusdur.