SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“PashaPay” icrası məcburi göstərişlər aldı

“PashaPay” icrası məcburi göstərişlər aldı

  • 10 iyun 2026, 15:33

Azərbaycan Mərkəzi Bankı (AMB) “PashaPay” MMC-yə icrası məcburi göstərişlər verib. 

Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib. 

Məlumata görə, şirkətdə həyata keçirilən plandankənar tematik yoxlama çərçivəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkar edilib. Odur ki, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən, “PashaPay”ə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşməsinə dair mübarizə, habelə daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları