"PAŞA Bank" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bank yanvar-iyun aylarında 67,75 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26% azdır.
Bu il iyulun əvvəlinə "PAŞA Bank"ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 6,2% çox - 9 522,35 milyon manat, o cümlədən kredit portfeli 9,1% çox - 3 milyard 490,45 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 8 600,7 milyon manat (7,3% çox), o cümlədən depozit portfeli 7 216,2 milyon manat (7,6% çox), balans kapitalı isə 921,65 milyon manat (3,4% az), o cümlədən nizamnamə kapitalı 373,2 milyon manat (5,3% çox) olub.