SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Ödəniş təşkilatı yarım milyon manata yaxın pulunu geri çəkdi

Ödəniş təşkilatı yarım milyon manata yaxın pulunu geri çəkdi

"Multi Solutions" MMC ödəniş təşkilatının nizamnamə kapitalı azaldıldı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 1 milyon 220 min manatdan 38,5% və ya 470 min manat azaldaraq 750 min manata çatdırıb.

Xatırladaq ki, "Multi Solutions"ın nizamnamə kapitalı bu ilin əvvəlində 250 min manat artırılaraq 1 milyon manatı ötmüşdü.  

Qeyd edək ki, "Multi Solutions" MMC-yə 2024-cü ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziya verilib. Şirkət ödəniş xidmətləri sahəsində - ödəniş əməliyyatlarının ekvayrinqi, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti və hesab üzrə məlumat xidmətləri göstərir. "Multi Solutions" MMC rəhbəri Emil Abbasovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları