"KredAqro BOKT" MMC nizamnamə kapitalını yenidən irimiqyaslı şəkildə artırdı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, BOKT nizamnamə kapitalını 2,9 dəfə artıraraq 23,8 milyon manata çatdırıb.
Xatırladaq ki, noyabrın əvvəlində BOKT nizamnamə kapitalını 5 milyondan 3,2 milyon və ya 64% artıraraq 8,2 milyon manata çatdırmışdı.
Qeyd edək ki, 2000-ci ildən etibarən fəaliyyət göstərən “KredAqro BOKT" MMC ölkənin müxtəlif regionlarında 11 satış nöqtəsi ilə təmsil olunur. Onun rəhbəri Anar Əkbərovdur.
2025-ci ilin ilk yarısında "Kred Aqro"nun cəmi aktivləri 2 milyon 133 min manat və ya 17,8% azalaraq 9 milyon 818 min manata geriləyib.
"Kred Aqro BOKT" MMC-nin nizamnamə kapitalının 100%-i Rusiyanın "Agromostfinans" şirkətinə məxsusdur.