SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Merkuri BOKT-a 1 milyon manatdan çox pul lazımdır

"Merkuri" BOKT-a 1 milyon manatdan çox pul lazımdır

  • 04 fevral 2026, 17:43

"Merkuri" MMC bank olmayan kredit təşkilatı (BOKT) 1,1 milyon manatlıq istiqraz emissiyası elan edib. 

Yurd.Media xəbər verir ki, BOKT istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib. 

Sənədə əsasən, hər birinin nominal dəyəri 50 manat olan 22 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın kağızlar kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur. İstiqrazlar 60 ay tədavüldə olacaq. Onlara illik 17% gəlirlilik vəd olunur. Faizlər 1 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-dir. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları