Azərbaycan hökuməti dövlət büdcəsinin tərkibində yaradılmış 8 məqsədli büdcə fondunu ləğv etməyə qərar verib.
Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Maliyyə Nazirliyi bir ay ərzində fondların ləğv edilməsi və onların mədaxil mənbələrindən istifadə olunması ilə bağlı təkliflərini dövlət başçısına təqdim etməlidir.
Məqsədli büdcə fondları ləğv edilsə, təxminən yarım milyard manat vəsaitin xərclənməsi mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.