SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Mənfəəti azalan Pro Kreditin dövlətə vergi borcu yarandı

Mənfəəti azalan "Pro Kredit"in dövlətə vergi borcu yarandı

  • 08 iyun 2026, 14:08

"Pro Kredit" ASC bank olmayan kredit təşkilatı (BOKT) dövlətə vergi borcu yaranıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, BOKT-un borcu iyunun əvvəlinə 14,5 min manat təşkil edir.

Qeyd edək ki, "Pro Kredit" 2025-ci ilin yekunlarına görə mənfəətində 15%-dən çox azalma baş vermişdi. Belə ki, kredit təşkilatı ötən il cəmi 100 min manat xalis mənfəət əldə edib.

Qeyd edək ki, "Pro Kredit" BOKT 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,1 milyon manatdır. BOKT-un təsisçiləri 77,3 % payla Məhəbbət Məmmədov və 22,7 %-lə Rəna Məmmədovadır, direktor isə təsisçinin oğlu Ramil Məmmədovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları