"Payonix" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 1,3 milyon manat zərər edib. Bu, əvvəlki illə müqayisədə 7,5 dəfə çoxdur.
Bu ilin əvvəlinə "Payonix"in aktivləri ötən ilin əvvəlinə nisbətən 53,1% çox - 1,7 milyon manat, o cümlədən kredit portfeli 3 dəfə çox – 1,5 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 0,5 milyon manat (7,5 dəfə çox), balans kapitalı isə 1,2 milyon manat (17,2% çox), o cümlədən nizamnamə kapitalı 2,7 milyon manat (2,1 dəfə çox) olub.
Qeyd edək ki, "Payonix" 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 3,17 milyon manat, təsisçisi 100 % Fuad Bağırovdur. Şirkətin direktoru Elnur Əliyevdir.