Bu gün Dövlət Neft Şirkəti (SOCAR) ötən il martın 7-də dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 min ədəd istiqraza (200 milyon dollarlıq) görə sayca 5-ci faiz ödənişini həyata keçirib.
Bu barədə Yurd.Media-ya SOCAR-ın törəmə şirkəti olan “SOCAR Capital” MMC-dən bildirilib.
Məlumata görə, istiqraz sahiblərinin hesablarına ümumilikdə 3 milyon dollar ödənilib və onların faiz gəlirləri 15 milyon dollara çatıb.
İstiqrazlar Azərbaycanda "yaşıl enerji” sahəsində həyata keçirilən strateji təşəbbüslərə töhfə vermək məqsədilə 5 il müddətinə, illik 6%-lə buraxılıb. Faizlər 3 aydan bir ödənilir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Bu günə qədər həmin istiqrazlarla təkrar bazarda ümumi dəyəri 35,5 milyon dollardan çox olan 512 əqd bağlanılıb.