SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Prior Credit BOKT ötən ilin maliyyə hesabatını verib

"Prior Credit" BOKT ötən ilin maliyyə hesabatını verib

  • 08 iyun 2026, 17:34

"Prior Credit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,1 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 15,4% çoxdur.

Bu ilin əvvəlinə "Prior Credit"in aktivləri ötən ilin əvvəlinə nisbətən 9,3% çox - 4,3 milyon manat, o cümlədən kredit portfeli 8,6% çox – 4 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri 1,8 milyon manat (14,7% çox), balans kapitalı isə 2,5 milyon manat (5,8% çox), o cümlədən nizamnamə kapitalı 2,1 milyon manat (dəyişməyib) olub.

Qeyd edək ki, "Prior Credit" 2020-ci ildə yaradılıb. BOKT-un nizamnamə kapitalı 2,1 milyon manatdır, təsisçisi 100 % "Prior Leasing" ASC-dir, direktoru Kifayət Ağalarovadır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları