SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Qafqaz-Kredit mənfəətdən zərərə keçdi

"Qafqaz-Kredit" mənfəətdən zərərə keçdi

  • 08 iyun 2026, 12:59

"Qafqaz-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 26 min manat zərər edib (əvvəlki ili 54 min manat mənfəətlə başa vurmuşdu).

Bu ilin əvvəlinə “Qafqaz-Kredit"in aktivləri ötən ilin əvvəlinə nisbətən 4,1% az - 1,1 milyon manat, o cümlədən kredit portfeli 6,5% az – 1 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri cəmi 16 min manat (55,6% az), balans kapitalı isə 1,1 milyon manat (2,4% az), o cümlədən nizamnamə kapitalı 0,6 milyon manat (dəyişməyib) olub.

Qeyd edək ki, "Qafqaz-Kredit" 2002-ci ildə yaradılıb. BOKT-un nizamnamə kapitalı 592 min manat, təsisçiləri Arif Qurbanov (direktor, 33,3%), Xalisə Əminova (33,4%) və Züleyxa Rəsulovadır (33,3%).

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları