SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Maliyyə Nazirliyi bu il 120 milyon manata yaxın faiz gəliri əldə edib

Maliyyə Nazirliyi bu il 120 milyon manata yaxın faiz gəliri əldə edib

  • 15 dekabr 2025, 14:48

Bu ilin aprel-dekabr aylarında Maliyyə Nazirliyinin kommersiya banklarında yerləşdirdiyi depozitlər üzrə dövlət büdcəsinə ümumilikdə 98,6 milyon manat əlavə gəlir köçürülüb.

Bu barədə Yurd.Media-ya nazirlikdən bildirilib.

Xatırladaq ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və büdcəyə əlavə gəlirlərin cəlb edilməsi məqsədilə 2025-ci ilin aprel ayından etibarən vahid xəzinə hesabının qalığının aktiv idarə edilməsinə başlanılıb. Bu çərçivədə milli valyutada olan vəsaitlərin yerli banklarda depozitə yerləşdirilməsi təmin edilib.

Bundan başqa, Azərbaycan Mərkəzi Bankı ilə imzalanmış razılaşmaya əsasən ABŞ dolları ilə müxbir hesabın qalığına faiz gəlir hesablanır. Bu istiqamətdə isə 20,8 milyon manat əlavə gəlir büdcəyə daxil olub. Beləliklə, ümumi faiz gəlirləri 119,4 milyon manat təşkil edib.

Prime Leasing
SPE Annual Caspian