Azərbaycanda maaşdan tutulmaları hesablamaq asanlaşdı.
Yurd.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkhaqqı kalkulyatorunu yenilənərək istifadəyə verib.
Yeni kalkulyator maaşın bruto və xalis məbləğini, həmçinin qüvvədə olan qanunvericiliyə uyğun olaraq vergi və sosial ödənişləri avtomatik və dəqiq hesablayır.
Məqsəd işəgötürənlərin və mühasiblərin hesablamaları operativ və düzgün aparması, eləcə də vaxt itkisinin minimuma endirilməsidir.