SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
m10 ödəniş platformasında yenidən problemlər yaranıb

"m10" ödəniş platformasında yenidən problemlər yaranıb

  • 05 fevral 2026, 11:03

"PASHA Pay" şirkətinin "m10" ödəniş platformasında yenidən problemlər yaranıb.

İstifadəçilərin Yurd.Media-ya verdikləri məlumata görə, hazırda "m10" hesabından bank kartlarına köçürmə etmək mümkün deyil.

Proqramdan istifadə edən digər şəxslər proqram vasitəsilə kredit ödənişinin mümkün olmadığını bildirirlər.

Qeyd edək ki, fevralın 3-də də bu platformada problemlər yaranmışdı. Ötən gün "PASHA Pay" şirkəti məlumat yayaraq bütün əməliyyatların tam bərpa olunduğunu bildirmişdi.

"Fevralın 3-də m10 platformasında xarici mənşəli "merchant"lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsait daxil olması qeydə alınıb. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulub", - məlumatda qeyd olunmuşdu.

Xatırladaq ki, "PASHA Pay"in məhsulları olan m10 elektron pulqabısı və Milliön terminallarından 5 milyondan çox şəxsin istifadə etdiyi bildirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları