SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
“Level Leasing”in aktivləri 25%-ə yaxın azalıb

“Level Leasing”in aktivləri 25%-ə yaxın azalıb

  • 14 iyul 2026, 14:36

“Level Leasing” ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət ötən il 0,5 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 18,5% çoxdur.

Bu ilin əvvəlinə “Level Leasing”in aktivləri ötən ilin əvvəlinə nisbətən 24,7% az – 8,6 milyon manat, o cümlədən lizinq portfeli 28,6% az – 7,8 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 8,3 milyon manat (23,5% az), balans kapitalı isə 0,3 milyon manat (48,15% az), o cümlədən nizamnamə kapitalı 1,05 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları