"Turan Bank" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bank yanvar-iyun aylarında 5 milyon manat mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 2,3 dəfə çoxdur.
Bu il iyulun əvvəlinə "Turan Bank"ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 0,3%, bu il yanvarın əvvəlinə nisbətən isə 4,8% çox - 951 milyon manat, o cümlədən kredit portfeli 0,6% çox - 660,65 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 841,6 milyon manat (0,1% az), o cümlədən depozit portfeli 462,7 milyon manat (0,9% az), balans kapitalı isə 109,4 milyon manat (3,7% çox), o cümlədən nizamnamə kapitalı 100 milyon manat (dəyişməyib) olub.