"Yapı Kredi Bank Azərbaycan" QSC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank yanvar-iyun aylarında 4,8 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9% azdır.
Bu il iyulun əvvəlinə "Yapı Kredi Bank Azərbaycan"ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 47,1% çox - 870,7 milyon manat, o cümlədən kredit portfeli 30,8% çox - 465,4 milyon manat təşkil edib. Bankın öhdəlikləri 740,8 milyon manat (55,8% çox), o cümlədən depozit portfeli 573 milyon manat (45,8% çox), balans kapitalı isə 130 milyon manat (11,5% çox), o cümlədən nizamnamə kapitalı 55,4 milyon manat (dəyişməyib) olub.