SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
“Unibank” I yarımilin maliyyə hesabatını verib

“Unibank” I yarımilin maliyyə hesabatını verib

  • 14 iyul 2026, 20:18

“Unibank” ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, bank yanvar-iyun aylarında 17,2 milyon manat xalis mənfəət əldə edib. 

Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. 

Bu il iyulun əvvəlinə “Unibank”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 27,5% çox – 2 311,4 milyon manat, o cümlədən kredit portfeli 22,5% çox – 1 434,8 milyon manat təşkil edib. Bankın öhdəlikləri 2 097 milyon manat (28% çox), o cümlədən depozit portfeli 1 379,1 milyon manat (10,8% çox), balans kapitalı isə 214,4 milyon manat (23,4% çox), o cümlədən nizamnamə kapitalı 138,2 milyon manat (dəyişməyib) olub. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları